Vətən-xaini-kimi-tutulan-və-oldurulənlərin-ailələri-ayaga-qaxdi-hərbi-korpusun-qarsisinda-aksiya
PEYK.AZ Tərtər hadisələri ilə bağlı
övladları həbs edilmiş və qətlə yetirilmiş bir qrup valideyn bu gün
Bərdə rayonunda Müdafiə Nazirliyinə məxsus hərbi korpusun qarşısında
etiraz aksiyası keçiriblər.
Hüquq müdafiəçisi Oqtay Güləliyevin Criminal.az-a verdiyi məlumata
görə, valideynlər öldürülmüş, həbs olunmuş övladlarının və həyat
yoldaşlarının şəkili olan köynəklər geyərək aksiyaya çıxıblar.
Onlar baş vermiş cinayət hadisəsi ilə bağlı ədalətli ölçü
götürülməsini, hərbçilərin işgəncə altında qətlə yetirilməsində iştirak
edən Müdafiə Nazirliyi əməkdaşlarının layiqli cəzalandırılmasını, həbsdə
olan hərbçilərin azadlığa buraxılmasını tələb ediblər.
Valideynlər Müdafiə Nazirliyinin rəhbərliyi əleyhinə etiraz şüarları səsləndirib.
Günahsız həbçilərin öldürülməsində və həbs edilməsində iştirak edən
hərbi korpusun komandiri general Hikmət Həsənovun və digərlərinin
vəzifədən kənarlaşdırılmasını və həbs edilməsini tələb ediblər. Aksiya
yerinə polis cəlb olunub və bəzi valideynlərin səhəti pisləşib.


Комментарии
Отправить комментарий